azturkxeber.az
http://azturkxeber.az

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub

20-02-2025

  

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, Baş Prokurorluğun Mətbuat xidmətinə yeni əməkdaş təyin edilib.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Baş Prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Suad Qəhrəmanova Mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Suad Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.

Digər müfaviq əmrlə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.

Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla prokurorluğun gənc, yüksək nəzəri bilik və peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728