Vens: Avropa Ukrayna münaqişəsinin həllinə ciddi yanaşmalıdır
Kiyev və Avropa ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq niyyətini ciddi qəbul etməlidir. Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “National Pulse” xəbər portalına müsahibəsində deyib.
"Tramp bildirib ki, Vaşinqton administrasiyasının siyasətinin məqsədi münaqişəyə son qoymaqdır. İndi bu baş verməlidir. Zelenski və avropalı müttəfiqlərimiz buna ciddi yanaşmalıdırlar. Bu, ABŞ administrasiyasının siyasətinin məqsədidir”, - deyə Vens qeyd edib.