azturkxeber.az
http://azturkxeber.az

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

15-02-2025

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir


Amerika Birləşmiş Ştatları Ukraynada bir-iki ildən sonra təkrar münaqişəyə gətirib çıxaran deyil, güclü və davamlı sülhə nail olmaq istəyir.

Azturkxeber.az “Ukrinform”a istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə deyib.

“Biz müharibənin bitməsini, qırğının dayandırılmasını istəyirik. Lakin biz bir neçə ildən sonra Avropada təkrar münaqişəyə deyil, davamlı sülhə nail olmaq istəyirik”, - deyə ABŞ vitse-prezidenti bildirib.

Vens birlikdə davamlı sülhə necə nail olmaq barədə bir sıra əlverişli dialoqlar aparıldığını söyləyib. Diplomat bildirib ki, yaxın günlərdə, həftələrdə, aylarda belə dialoqlar daha çox olacaq.

Xatırladaq ki, Vens artıq Münxen Təhlükəsizlik Konfransında çıxış edib. O, Rusiya-Ukrayna müharibəsini cəmi bir cümlə ilə qeyd edib. Eyni zamanda, vitse-prezident Avropanı sərt tənqid edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728