azturkxeber.az
http://azturkxeber.az

Küveytdə keçirilən tədbirdə Azərbaycan da təmsil olunub

20-02-2025


Küveyt Universitetinin təşkilatçılığı ilə Küveyt Dövlətinin Milli Gününə və onun 2025-ci il üçün Ərəb Dünyasının Mədəniyyət və Media paytaxtı seçilməsinə həsr olunmuş mədəni tədbir keçirilib.

Tədbirdə müxtəlif sahələri təmsil edən yerli qurumlarla yanaşı, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin və bu ölkədə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan guşəsi qurulub.

Tədbir çərçivəsində ölkələrin tarixini, adət-ənənələrini, milli geyimlərini, xalçalarını, musiqisini, mədəni irsini, turizm potensialını və milli mətbəxini əks etdirən geniş sərgi təşkil olunub və maraqlı mədəni proqramlar təqdim edilib.

Tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, milli geyimləri, xalçaçılıq sənəti, turizm potensialı barədə ətraflı məlumat verilib və çap materialları paylanılıb.

Bununla yanaşı, tədbir zamanı Küveyt Universitetində təhsil alan əcnəbi tələbələrin öz ölkələrinin bayraqları ilə yürüşü keçirilib.

Tədbirdə Küveyt Universitetində təhsil alan tələbələrimiz milli geyimlərimizdə xalq rəqslərimizi nümayiş etdiriblər və onların rəqsləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Eyni zamanda, sərgiyə gələnlərə Azərbaycan mətbəxinə aid yeməklər və şirniyyatlar təqdim olunub.

Sərgini universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Küveyt ictimaiyyətinin nümayəndələri də ziyarət ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728