"Azərbaycanın APA-ya ev sahibliyi etməsi və onun tədbirlərinə fəal qatılması, ölkəmizin beynəlxalq arenada yüksək nüfuza sahib olmasının bariz nümunəsidir"-GÜNAY AĞAMALI
18 Fevral 2025-ci ildən başlanan Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının uğurla davam etməsi Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfənin və regionda sülh, sabitlik və inkişafın təmin edilməsi üçün göstərdiyi səylərin göstəricisidir. Sessiyada parlament diplomatiyasının gücləndirilməsi, regional problemlərin birgə həlli və davamlı inkişafın təşviq edilməsi kimi vacib məsələlər müzakirə olunur.
Azərbaycanın APA-ya ev sahibliyi etməsi və onun tədbirlərinə fəal qatılması, ölkəmizin beynəlxalq arenada yüksək nüfuza sahib olmasının bariz nümunəsidir.
İclasların uğurla keçirilməsi Asiya ölkələri arasında həmrəyliyi daha da möhkəmləndirir və gələcək əməkdaşlıq imkanlarını genişləndirir, parlamentarizmin regionda daha da inkişaf etməsinə əhəmiyyətli təsir göstərir.
Günay Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.