azturkxeber.az
http://azturkxeber.az

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib 

19-02-2025

Fevralın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

İclası aşan komitənin sədri Əli Hüseynli gündəliyə 5 məsələnin daxil edildiyini bildirib.
      İlk öncə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə  təqdim olunub. Komitənin üzvü Nizami Səfərov məsələyə dair məlumat verib.
    Bildirilib ki, dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə artırılması qərara alınıb.  Layihə uzunmüddətli hüquqi təcrübəyə malik hüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davam etdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyini artırmaq məqsədilə hazırlanıb.
   Daha sonra iclasda iştirak edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov gündəliyin ikinci məsələsi – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
   Qeyd edilib ki, layihə bir sıra qanun layihələrinin və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar hazırlanıb. Nazir müavini söyləyib ki, yeni qanunda aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasının təşkilinə, aviasiya personalına dair,mülki aviasiya sahəsində siğorta və mülki hava gəmilərinin istismar edilməsinə dair tələblər öz əksini tapıb. Layihədə həmçinin dəmir yolu nəqliyyatında hərəkətin təklükəsizliyi qaydaları əleyhinə olan bəzi inzibati xətaların dispozisiyalarının təkmilləşdirilməsi və sanksiyadakı cərimə məbləğinin artırılması nəzərdə tutulub.
     Əli Hüseynli gündəliyin üçüncü məsələsi “ Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ( birinci oxunuş) barədə məlumat verib. Dəyişikliyə əsasən diplomatik korrespondensiyanın daşınması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən  müəyyən ediləcəyi qeyd edilib.      
  Sonra gündəliyin digər 2 məsələsi – Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”,   “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihələri nəzərdən keçirilib.
    Sonra təqdim olunan məsələlər barədə  komitənin üzvləri Bəhruz Məhərrəmov və Nurlan Həsənov öz fikir və qeydlərini söyləyiblər.
 Onlayn iclasda təqdim edilən qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Kamal Cəfərov, Sabir Hacıyev,  Mübariz Qurbanlı, Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728