azturkxeber.az
http://azturkxeber.az

Qızların təhsil hüququ müzakirə edilib

20-02-2025

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib.

Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Rəsmi açılışdan sonra BDU ilə Dövlət Komitəsi arasında elmi-tədqiqat, təhsil, sosial və innovativ layihələr çərçivəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Memorandum imzalanıb. Sənədi Dövlət Komitəsinin sədri Bahar Muradova və BDU-nun rektoru Elçin Babayev imzalayıb.

Daha sonra digər çıxışlar dinlənilib və konfrans bədii hissə ilə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728