azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan tranzit daşımalarının həcmini 74 milyon tona çatdırmağı planlaşdırır

20-02-2025

Qazaxıstan tranzit daşımalarının həcmini 74 milyon tona çatdırmağı planlaşdırır


Ötən il Qazaxıstandan tranzit daşımalarının həcmi 34 milyon tonu keçib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz çoxdur.

Azturkxeber.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, bunu ölkənin Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Nurlan Kenesov söyləyib.

“Tranzit yüklərinin 80 faizi dəmir yolu, 20 faizi isə avtomobil nəqliyyatı ilə daşınıb”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstanın nəqliyyat-logistika potensialının inkişafı konsepsiyası çərçivəsində 2030-cu ilə qədər infrastrukturun inkişafı üzrə kompleks tədbirlər həyata keçiriləcək. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu və “Şimal-Cənub” dəhlizinin şərq marşrutuna xüsusi diqqət ayrılıb.

“2030-cu ilə kimi Qazaxıstan tranzit daşımalarının həcmini 74 milyon tona çatdırmağı planlaşdırır”, - deyə o söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728