azturkxeber.az
http://azturkxeber.az

“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib

20-02-2025

“Aztelekom” MMC cəmiyyətin informasiyalara çıxışını asanlaşdırmaq və rəqəmsal resurslardan istifadə imkanlarını genişləndirmək məqsədilə növbəti sosial məsuliyyət layihəsini həyata keçirib.
Layihə çərçivəsində Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana” genişzolaqlı internet xidməti ilə təmin edilib.
2016-cı ildən ictimaiyyətin istifadəsinə açıq olan “Açıq kitabxana” ziyarətçilərə həm fiziki, həm də rəqəmsal resurslardan yararlanmaq imkanı təqdim edir. “Aztelekom” MMC-nin təqdim etdiyi sürətli internet sayəsində oxucular beynəlxalq onlayn kitabxanalara, elmi mənbələrə daha rahat və sürətli çıxış imkanı əldə edirlər.
“Aztelekom” MMC sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin inkişafına yönəlmiş layihələrdə iştirak edərək ölkənin rəqəmsal transformasiyasına öz töhfəsini verməyə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728