azturkxeber.az
http://azturkxeber.az

Vəkillər Kollegiyasında cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupun iclası keçirilib

19-02-2025

Vəkillər Kollegiyasında cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupun iclası keçirilib


Fevralın 19-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasında cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilib.

ARVK-dan bildirilib ki, görüşdə çıxış edən Kollegiyanın sədri Anar Bağırov cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar, bunun hüquq sisteminə və vəkillik fəaliyyətinə təsirlərindən danışıb.

Görüşdə cinayət-prosessual qanunvericiliyə təkliflər, nəzərdə tutulan yeniliklərə bağlı İşçi Qrupunun üzvlərinin fikirləri işçi qaydada müzakirə olunub, vəkillərin bu proseslərdə rolu, eyni zamanda hüquqi müdafiə sisteminin təkmilləşdirilməsi imkanları dəyərləndirilib.

Müzakirələrin genişləndirilməsi və davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728