azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Butan Krallığı Milli Assambleyasının sədri ilə görüşüb

20-02-2025

 

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Butan Krallığı Milli Assambleyasının sədri Lunqten Dorci ilə görüşüb.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Görüşdə bu səfərin Butan Krallığından parlament sədri səviyyəsində ölkəmizə ilk səfər olduğu diqqətə çatdırılaraq, səfərin parlamentlərimiz arasında əlaqələrə töhfə verəcəyinə inam ifadə edilib.
Görüşdə xalqlarımızın sülhpərvər ideyaları dəstəklədikləri, dünyada sülh və sabitliyin bərpa olunması ilə bağlı təşəbbüslərin vacibliyi qeyd edilib. 
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün imkanlar olduğu vurğulanıb.  Beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində daha fəal əməkdaşlıq etmək niyyəti ifadə edilib və bu istiqamətdə müzakirələr aparılıb.
Butan Milli Assambleyasının sədri Lunqten Dorci bu səfərin onun üçün yaddaqalan səfər olduğunu bildirib və paytaxt Bakı ilə bağlı xoş təəssüratlarını bölüşüb. O, 15-ci plenar sessiyanı ən uğurlu sessiya kimi qiymətləndirib. Assambleyanın sədri, ölkəsinə geri qayıtdıqdan sonra hökumətlə görüşəcəyini və Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflərini hökumətə çatdıracağını qeyd edib.
Söhbət zamanı APA-nın 15-ci plenar sessiyasının uğurla təşkil olunduğu, ölkəmizin sədrliyi ilə təşkilatın institusional inkişafı istiqamətində mühüm qərarlar qəbul olunduğu bildirilib. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən, parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728