azturkxeber.az
http://azturkxeber.az

Türkiyə G20-də beynəlxalq sistemin qarşılaşdığı çağırışlara diqqət çəkəcək

20-02-2025

Türkiyə G20-də beynəlxalq sistemin qarşılaşdığı çağırışlara diqqət çəkəcək


Bu il Cənubi Afrika Respublikasının (CAR) sədrliyi ilə keçiriləcək G20 toplantısı çərçivəsində fevralın 20 və 21-də üzv ölkələrin Xarici İşlər Nazirlərinin Birinci Toplantısı baş tutacaq. Tədbirdə iştirak edəcək Türkiyənin XİN rəhbəri Hakan Fidan toplantının “Qlobal geosiyasi vəziyyət” və “2025-ci ildə G20 Məqsədləri: Cənubi Afrika Respublikasının G20 dövrə sədrliyinin dəyərləndirilməsi, yüksək səviyyəli nəticələr və G20-nin hesabatı” mövzularında keçiriləcək iclaslarda çıxış edəcək.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, Hakan Fidanın çıxışlarında Qəzza, Suriya, Livandakı son vəziyyət və Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla beynəlxalq və regional məsələlər ilə bağlı Türkiyənin mövqeyini ifadə etməsi, eləcə də beynəlxalq sistemin qarşılaşdığı çağırışlar fonunda G20 platformasının əhəmiyyətinin artdığına diqqət çəkməsi gözlənilir.

Türkiyəli nazirin, həmçinin G20 çərçivəsində keçiriləcək MIKTA (Meksika, İndoneziya, Koreya Respublikası, Türkiyə, Avstraliya) 27-ci Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.

Qeyd edək ki, Cənubi Afrika Respublikası, 2024-cü il dekabrın 1-dən etibarən G20 dövr sədrliyini Braziliyadan təhvil alıb və sammitin budəfəki mövzusu “Həmrəylik, Bərabərlik, Davamlılıq” (Solidarity, Equality, Sustainability) kimi müəyyən edilib.

Cənubi Afrika Respublikasının G20 sədrliyi prioritetləri arasında fəlakətlərə qarşı dayanıqlılığın və cavab mexanizmlərinin gücləndirilməsi, aşağı gəlirli ölkələr üçün borc dayanıqlılığının təmin edilməsi, ədalətli enerji keçidi üçün maliyyələşmənin təmini, inklüziv artım və davamlı inkişaf üçün kritik minerallardan istifadə kimi mövzular yer alır.

Xatırladaq ki, Türkiyə 2015-ci ildə uğurla həyata keçirdiyi G20 sədrliyi dövründə qlobal iqtisadiyyatın siyasi məsələlərdən ayrı nəzərdən keçirilə bilinməyəcəyi həqiqətindən çıxış edərək, bu platformada aparılan müzakirələrə qlobal siyasi məsələləri də daxil edib. Türkiyənin 2014-cü ilin dekabr ayında başladığı G20 sədrliyi 2015-ci il noyabrın 15 və 16-da Antalyada keçirilən Liderlər Zirvəsi ilə uğurla başa çatıb. Bu dövrdə müzakirə olunan məsələlərin prioritetləri kimi “İnklüzivlik, İcra və İnvestisiya” müəyyən edilmişdi. Bununla yanaşı 2015-ci ildə tarixində ilk dəfə terrorizmlə mübarizə və miqrasiya böhranı siyasi məsələlər kimi G20 Liderlər Zirvəsinin gündəminə daxil edilərək, üzv ölkələrin liderləri tərəfindən terrorizmlə mübarizə sahəsində ilk bəyanatın qəbul olunması ilə nəticələnib. G20 tarixində ilk Enerji Nazirləri Toplantısı da Türkiyənin sədrliyi dövründə İstanbulda keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728