Aleksandar Vuçiç: 61 ölkə Belqradda keçiriləcək “Expo 2027”də iştirakını təsdiqləyib
Artıq 61 ölkə Serbiyanın paytaxtı Belqradın ev sahibliyi edəcəyi “Expo 2027” ixtisaslaşdırılmış sərgisində iştirakını təsdiqləyib.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
“Serbiya rekordu qırmağa - 130-dan çox ölkəni bu ixtisaslaşdırılmış sərgiyə cəlb etməyə çalışacaq. Artıq 61 ölkədən “Expo 2027”də iştirakla barədə rəsmi təsdiq almışıq. İnanıram ki, 130-dan çox ölkəni keçəcəyik. Biz rekordu qıracağımıza ümid edirik”, - deyə Serbiya Prezidenti bildirib.
Aleksandar Vuçiç Serbiyanın hər kəsin təsəvvür edə biləcəyi bütün rekordları qırmağa müvəffəq olacağına inandığını vurğulayıb.
Qeyd edək ki, 2027-ci il mayın 15-dən avqustun 15-dək Belqradda “Expo 2027” ixtisaslaşdırılmış sərgisi keçiriləcək.