azturkxeber.az
http://azturkxeber.az

Abşeron rayonunda bir gecədə 8 avtomobili və 6 evi talayan şəxsləri polis saxladı

20-02-2025

  
Abşeron rayonu Ceyranbatan və ətraf qəsəbələrin ərazisində 8 avtomobildən akkumlyator, maqnitafon və digər dəyərli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub. 

Abşeron RPİ-nin Saray Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Qüdrət Bayramov saxlanılıb.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə Saray qəsəbəsi ərazisində müxtəlif ünvanlarda yerləşən 6 evdən oğurluq edən 26 yaşlı Sadiq Hadılı və 32 yaşlı Məhəmməd Sadıqlı da saxlanılıblar.
Qeyd edək ki, saxlanılan şəxslər avtomobil və ev sahiblərinə ümumilikdə 12 min manatdan artıq maddi ziyan vurublar.
Faktlarla bağlı araşdırma aparılır.

https://www.youtube.com/watch?v=9DBHf7qo5t4






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728