Mayın 1-dən Bakı ilə Tbilisi arasında sərnişin dəmir yolu nəqliyyatı bərpa olunacaq
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana səfəri çərçivəsində bu ölkənin baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
AzTurkxeber.az xəbər verir ki, məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.
Vurğulanıb ki, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həyata keçirilən layihələri müzakirə ediblər. Görüş zamanı Orta Dəhlizin artan roluna və onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi üçün tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə diqqət yetirilib.