azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisdə görüş 

18-02-2025

 

Fevralın 18-də Milli Məclisin sədr müavini Rafael Hüseynov  Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul ilə görüşüb.

 Qonağı salamlayan Rafael Hüseynov  Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olan APA-nın parlament diplomatiyasının gələcək inkişaf perspektivləri üçün önəmli olduğunu bildirib. 
     O, Tailand Krallığı ilə 30 ildən artıq davam edən diplomatik, o cümlədən iqtisadi, mədəni, siyasi sahələrdə də münasibətlərimizin yüksələn xətt üzrə inkişaf  etdiyini  vurğulayıb. Rafael Hüseynov iki  ölkə arasında Qoşulmama Hərəkatı, Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatlarda mövcud olan əməkdaşlıqdan  da söz açıb.
      Qonaq Tailand Parlamentinin Nümayəndələr Palatası adından göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ötən il Tailandın Parlament sədrinin 14-cü sessiyada iştirakı çərçivəsində  Milli Məclisin sədri ilə görüşünün parlamentlərarası  münasibətlərimizin inkişafına öz müsbət təsirini göstərdiyini qeyd edib. Paradorn Prissananantakul artıq Bonqkok şəhərində Azərbaycan Respublikasının səfirliyin açıldığını və yaxın gələcəkdə Bakıda Tailand Krallığı səfirliyinin açılmasının planlaşdırıldığını bildirib. 
     Söhbətdə Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Göydəniz Qəhrəmanov, qrupun üzvü Əlibala Məhərrəmzadə, tailandlı səfir Apirat Suqondhabhirom dövlətlərimiz arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.
    Görüşdə Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728