Azər Kərimli fevralın İtaliyanın Roma şəhərinə səfər edəcək
Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli fevralın 19-da İtaliyanın Roma şəhərinə səfər edəcək.
AzTurkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfərdə deputat Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının 20-21 fevral tarixində keçiriləcək 19-cu plenar iclasında iştirak edəcək, müzakirə edilən məsələlərə münasibət bildirəcək.
Səfər fevralın 21-də başa çatacaq.