azturkxeber.az
http://azturkxeber.az

DSX və DİN birgə əməliyyat keçirdi - SAXLANILANLAR VAR

18-02-2025

 

Fevral ayının 14-də saat 23:05-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır. 

Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Alıkişiyev Sadıq Tapdıq oğlu saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728