azturkxeber.az
http://azturkxeber.az

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

19-02-2025

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib


Fevralın 18-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. Sonra iclas gündəliyinə uyğun olaraq dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin bərpa edilməsi barədə müraciətinə baxılıb. Rəyasət heyəti tərəfindən müsbət qərar verilib və ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb. Bundan başqa, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad edilməsi məsələlərinə baxılıb, habelə “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunda keçirilən monitorinqin nəticəsi elan olunub və müvafiq qərarlar qəbul edilib. Həmçinin iclasda “Vəkillər Kollegiyasının “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planı” müzakirə edilib, il ərzində bir sıra tədbirlərin keçirilməsi ilə bağlı rəy və təkliflərin verilməsi qərara alınıb. İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 3 vəkilə irad bildirilib və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb. Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728