azturkxeber.az
http://azturkxeber.az

Xankəndidə təşkil olunan kurslarda 400 müdavim yeni peşələrə yiyələnib

18-02-2025

Xankəndidə təşkil olunan kurslarda 400 müdavim yeni peşələrə yiyələnib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi şəhərində təşkil olunan peşə hazırlığı kursları davam edir.

Nazirliyin mətbuat xidmətindənverilən məlumata görə, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən artıq 400 müdavim tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə kursları başa vurub və onlar işğaldan azad olunan ərazilərə köçürüləcək.

Nəzəri və praktik hissələrdən ibarət olmaqla ikinövbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə verilən tikiş fabrikində işlə təminatı həyata keçirilir.

Hazırda daha 29 nəfərin “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə tədrisi davam etdirilir və yaxın günlərdə daha bir qrup şəxs üçün peşə kursuna başlanılması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728