azturkxeber.az
http://azturkxeber.az

Gəncədə Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri davam edir

28-07-2026

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Şahdağ Film” MMC tərəfindən ərsəyə gətirilən “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri Gəncə şəhərində davam edir.

Çəkilişlər Gəncədə “Nizaminin evi” kimi tanınan kinopavilyonda aparılır. Yaradıcı heyət tərəfindən məkanda filmin müxtəlif kadrları lentə alınır.

Qeyd edək ki, ekran əsərinin Gəncədəki çəkiliş mərhələsi iyulun 26–da başlayıb və 30-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031