azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq forumda

16-11-2026

Milli Məclisin deputatı Vüqar Bayramov Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının Forumunda iştirak etmək üçün noyabrın 17-də Çin Xalq Respublikasının Pekin şəhərinə səfər edəcək.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, forum çərçivəsində millət vəkili “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusunda keçiriləcək müzakirələrdə iştirak edəcək. Deputatımızın “Azərbaycanda kosmik sənayenin inkişafı: Regional əməkdaşlıq təşəbbüslərinə töhfə” mövzusunda çıxışı da nəzərdə tutulub.

Səfər noyabrın 23-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30