azturkxeber.az
http://azturkxeber.az

Karateçilərimiz “Tbilisi Open-2026” beynəlxalq turnirində 8 qızıl medal qazandılar

16-11-2026

Gürcüstanın paytaxtı Tbilisi şəhərində karate (WKF) üzrə keçirilən “Tbilisi Open-2026” beynəlxalq turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

Azturkxeber.az xəbər verir ki, turnirdə idmançılarımızdan Cansu Əhmədzadə (18-20 yaş, 61 kq), Elton Əliyev (16-17 yaş, 68 kq), Zəhra Məmmədzadə (10-11 yaş, +40 kq və kata), Nilufər Əliyeva (10-11 yaş, 35 kq), Vahid Həsənov (böyüklər, +84 kq), Nihat Cəbrayılov (8-9 yaş, +38 kq), Anar Əlizadə (16-17 yaş, +70 kq) və Əli Eynalov (kata) qızıl medal qazanıblar.

İqbal Şahverdiyev (12-13 yaş, 45 kq) və Yunis Orucov (12-13 yaş, +55 kq) gümüş medal əldə ediblər.

Bürünc medallara isə Aylin Əskərova (14-15 yaş, 47 kq), Röyal Babayev (10-11 yaş, 35 kq), Ramal Babayev (8-9 yaş, 25 kq), Mövsüm Babayev (6-7 yaş, 23 kq), Hacıəli Vəlizadə (böyüklər, 84 kq), Emil Kazımzadə (8-9 yaş, 30 kq), Yəhya Mahmudzadə (14-15 yaş, +70 kq), Qorxmaz Səfərəli və Əziz Əhmədli (14-15 yaş, 63 kq), Ziya Süleymanlı (10-11 yaş, 30 kq), Əbülfəz Rəfiyev (16-17 yaş, 61 kq) və Əhəd Manafov (12-13 yaş, 45 kq) sahib olublar.

Beləliklə, Azərbaycan karateçiləri beynəlxalq turniri 8 qızıl, 2 gümüş və 12 bürünc medal ilə başa vurublar.

İdmançılarımızı və onların məşqçilərini təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq!

Azturkxeber.az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30