azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan karateçiləri “Marmara Cup” beynəlxalq turnirində komanda hesabında birinci yerə layiq görülüblər

26-08-2025

Azərbaycan karateçiləri Türkiyədə keçirilən “Marmara Cup” beynəlxalq turnirində böyük uğur qazanıblar. Yarışda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən mübarizədə idmançılarımız yüksək nəticələr göstərərək ümumi medal sıralamasında birinci yeri tutublar.
Milli komanda üzvlərinin nəticələri aşağıdakı kimidir:
-50 kq – Fatimə Cəbrayılova – bürünc medal
-55 kq – Mədinə Sadıqova – gümüş medal
-55 kq – Nəzrin Piriyeva – bürünc medal
-60 kq – Fərid Savadov – qızıl medal
-60 kq – Fariz Şahbazov – gümüş medal
-67 kq – Nuran Rzazadə – qızıl medal
-67 kq – Hüseyn Məmmədli – gümüş medal
-75 kq – Rəşid Süleymanov – qızıl medal
-84 kq – Turqut Həsənov – bürünc medal
-84 kq – Fərid Şahbazlı – bürünc medal
+84 kq – Asiman Qurbanlı – qızıl medal
+84 kq – Vahid Həsənov – bürünc medal
Qeyd edək ki, turnirdə 28 ölkədən 2000-ə yaxın karateçi iştirak edib.
Milli komandamızın bu yarışda iştirakı və MDB Oyunları öncəsi hazırlıq prosesi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Azərbaycan karateçilərinin bu uğuru ölkəmizin idman potensialının ilbəil artdığını və beynəlxalq arenada mövqelərimizin möhkəmləndiyini bir daha göstərir.
Turnirdə milli komandamız Azərbaycan Karate Federasiyasının baş məşqçisi Şahin Atamovun rəhbərliyi ilə çıxış edib. Karateçilərimiz eyni zamanda MDB Oyunlarına hazırlıq məqsədilə təlim-məşq toplanışlarına da başlayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031