azturkxeber.az
http://azturkxeber.az

İdris İsayev Azərbaycan–Gürcüstan Rektorlar Konfransında elm və ali təhsil sahəsində əməkdaşlığın prioritetlərindən danışıb

16-11-2026



Noyabrın 16-da Tbilisidə keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransında Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edib.

Azturkxeber.az xəbər verir ki, nazir müavini Azərbaycan və Gürcüstan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafından bəhs edərək iki ölkənin universitetləri arasında əlaqələrin genişləndirilməsinin, birgə təhsil və tədqiqat təşəbbüslərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

İdris İsayev hazırda Azərbaycanın ali təhsil müəssisələrində 1117 Gürcüstan vətəndaşının təhsil aldığını diqqətə çatdırıb. O, həmçinin ötən il Azərbaycanın 6 və Gürcüstanın 7 ali təhsil müəssisəsi arasında 7 əməkdaşlıq memorandumunun imzalandığını qeyd edib.

Çıxışında elmi əməkdaşlığın inkişaf perspektivlərinə toxunan nazir müavini süni intellekt, bərpa olunan enerji, su ehtiyatlarının idarə olunması və kənd təsərrüfatı texnologiyaları kimi istiqamətlərdə birgə tədqiqatların aparılmasının vacibliyini bildirib. Bu sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi, birgə tədqiqat qruplarının yaradılması və elmi tədbirlərin təşkili imkanlarına diqqət çəkib.

İdris İsayev elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, universitetlərin akademik potensialının artırılması, innovasiya və startap mühitinin inkişaf etdirilməsi, eləcə də beynəlxalq ikili diplom proqramlarının genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Nazir müavini konfrans çərçivəsində aparılan müzakirələrin və əldə olunan razılaşmaların Azərbaycan və Gürcüstan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın daha da inkişafına, yeni birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30