Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib



Noyabrın 15-də “Bakı – Dünya İdman Paytaxtı 2026” tədbirləri çərçivəsində Bakıda, “Sea Breeze” ərazisində yerləşən “The Grand Hall”da “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib.
Azturkxeber.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan İdman Rəqsləri Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstandan olan rəqqaslar iştirak ediblər.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan İdman Rəqsləri Federasiyasının prezidenti Əli Həşimli çıxış ediblər.
Müsabiqə zamanı iştirakçılar samba, ça-ça-ça, rumba, paso doble və cive rəqsləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın sonunda qaliblər mükafatlandırılıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: