“Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Dillər Universitetində maarifləndirici görüş təşkil olunub



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Dillər Universitetində “Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi və hüquqları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə universitetin İngilis və fransız dilləri fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Azturkxeber.az xəbər verir ki, Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin müdir müavini - Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva tədbirdə çıxış edərək uşaq hüquqları və rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinə dair mövcud qanunvericilik aktları, Ombudsmanın bu sahədə rolu və həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib.
Tədbirin sonunda Ombudsmanın təşəbbüsü ilə uşaqların rəqəmsal mühitdə qorunmasına, həmçinin uşaqların hüquq və azadlıqlarına dair hazırlanmış maarifləndirici sosial videoçarxlar nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: