Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib



Noyabrın 16-da Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib.
Azturkxeber.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: