Atçılığın konkur növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib Atçılığın konkur növü üzrə









Azərbaycan çempionatı keçirilib. Üç kateqoriya üzrə təşkil olunan yarışlarda 7 klub və cəmiyyəti təmsil edən 70-ə yaxın konkurçu mübarizə aparıb.
Azturkxeber.az-ın məlumatına görə, 70-80 sm hündürlüyündə maneələrin dəf edilməsi üzrə yarışda Viktoriya Nduka (“Barat”) birinci, Cavid Qurbanəliyev (“Burla”) ikinci, Əhəd Məmmədov (“Nabat”) isə üçüncü yeri tutub.
100-115 sm kateqoriyasında Anar Hümbətov (“Zirvə”) qalib olub. Seyid Musayev (“Parlaq”) ikinci, eyni idmançı (“Uca”) ilə üçüncü yeri tutub.
125-130 sm kateqoriyasında marşrutu cərimə balı toplamadan başa vuran Kənan Novruzov (“Tutu MNM”) birinci olub. Seyid Musayev (“Zidan”) ikinci, Ramil İbrahimov (“Şirin”) isə üçüncü yeri tutub.
Yarışın qalibləri və mükafatçıları diplom və medallarla, çempionlar isə kuboklarla təltif olunublar. Mükafatları Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: