Azərbaycan gimnastları dünya yaş qrupları yarışlarının bürünc medalını qazanıblar


Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan idmançıları medal qazanıblar.
Azturkxeber.az xəbər verir ki, Batut gimnastikası üzrə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı 46.160 xal toplayaraq bürünc medala layiq görülüblər.
İdmançılarımızı təbrik edir, uğurlarının davamını arzulayırıq!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: