azturkxeber.az
http://azturkxeber.az

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

15-11-2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra inzibati binalara baxış keçirib.

ADSEA-dan Azturkxeber.az-a verilən məlumata görə, səfər zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Su İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin, eləcə də Agentliyin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin Naxçıvan Şəhər Sukanal İdarəsinin inzibati binalarına baxış keçirilib.

Təmir işlərindən sonra ilk dəfə həmin binaları ziyarət edən Zaur Mikayılov yaradılmış iş şəraiti və mövcud infrastrukturla tanış olub, əməkdaşların fəaliyyəti üçün yaradılan şəraiti nəzərdən keçirib.

Əməkdaşlarla görüş zamanı Agentliyin sədri su təsərrüfatı sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinin, iş prosesinin səmərəli təşkilinin, vətəndaş məmnunluğunun təmin edilməsinin və göstərilən xidmətlərin operativliyinin artırılmasının vacibliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30