Banqladeşdə torpaq sürüşməsi 8 qaçqın uşağın həyatına son qoyub
Banqladeşdə Myanmadan olan qaçqınların məskunlaşdığı yaşayış yerində baş verən torpaq sürüşməsi nəticəsində 8 uşaq ölüb.
Azturkxeber.az Banqladeş mediasına istinadla xəbər verir ki, ölkənin cənub-şərq rayonlarında musson yağışları Rohinca qaçqınlarının məskunlaşdığı düşərgələr də daxil olmaqla çox sayda yaşayış yerini dağıdıb. Koks Bazar rayonunda baş verən torpaq sürüşməsindən sonra qaçqın düşərgəsindəki məktəb palçıq axını və dağıntı altında qalıb. Xilasedicilər 5 uşağı sağ çıxarsalar da, 8 uşağın meyiti aşkarlanıb.
Qeyd edək ki, təkcə Koks Bazar rayonundakı düşərgələrdə qonşu Myanmadan olan 1,2 milyon müsəlman qaçqın məskunlaşıb. Onların çoxu musson mövsümündə sürüşmələrə qarşı həssas yamaclardakı müvəqqəti bambuk və brezent sığınacaqlarda yaşayırlar. Bir neçə gün əvvəl başqa bir Bandarban rayonundakı qaçqın düşərgəsində baş verən torpaq sürüşməsində də 8 nəfər ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: