azturkxeber.az
http://azturkxeber.az

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

09-07-2026

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

İyulun 8-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 33, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq, dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 10,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin yabanı halda bitmiş 20 ton çəkidə 23 min 115 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 19 tüfəng və 15 ədəd patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031