Səbinə Əliyeva: "Elmə qoyulan sərmayə hüquqi dövlətin möhkəmlənməsinə xidmət edir"

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman) Səbinə Əliyeva öz şəxs "Facebook " hesabında paylaşım edib.
Azturkxeber.az paylaşımı təqdim edir.
Bu gün Bakı Dövlət Universitetində magistrantların dissertasiya işlərinin müdafiəsində iştirak etdim.
İnsan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin əsas şərtlərindən biri yüksək hüquqi biliklərə, müasir düşüncəyə, peşə etikası və ədalət prinsipinə sadiq hüquqşünas kadrların yetişdirilməsidir. Bu baxımdan hüquq təhsilinin keyfiyyətinin yüksəldilməsi, elmi araşdırmaların təşviqi və gənc mütəxəssislərin potensialının dəstəklənməsi Ombudsman təsisatının da daim diqqət mərkəzində olan məsələlərdəndir.
Dissertasiya işlərinin müdafiəsi zamanı gənclərin nümayiş etdirdiyi elmi hazırlıq, analitik yanaşma və hüquqi təfəkkür gələcəyimizə olan inamı daha da artırır. Əminəm ki, bu gün ilk uğurlu elmi addımlarını atan gənclər sabah insan hüquq və azadlıqlarının müdafiəsinə, hüququn aliliyinin möhkəmləndirilməsinə və cəmiyyətimizdə ədalət dəyərlərinin inkişafına layiqli töhfələr verəcəklər.
Elm və təhsilə qoyulan hər bir sərmayə insan kapitalına, hüquqi dövlətin möhkəmlənməsinə və cəmiyyətin davamlı inkişafına xidmət edir. Gənc hüquqşünaslarımıza gələcək elmi və peşəkar fəaliyyətlərində uğurlar arzulayır, onların bilik və bacarıqlarını insan hüquqlarının qorunmasına və cəmiyyətimizin inkişafına yönəldəcəklərinə inanıram.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: