azturkxeber.az
http://azturkxeber.az

Cıdır mövsümünün növbəti yarışları keçirilmişdir

05-07-2026



04 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində yerli atçılıq ictimaiyyətinin nümayəndələri və çoxsaylı atsevərlərin iştirakı ilə növbəti cıdır yarışlarını keçirmişdir.

Azturkxeber.az-ın məlumatına görə, yarışlarda ümumilikdə 20 Qarabağ və Dilbaz atının, eləcə də İngilis atlarının iştirakı ilə 5 maraqlı qaçış keçirilmiş, iştirakçılar yüksək peşəkarlıq və gərgin mübarizə nümayiş etdirmişlər.

Üç yaşlı Dilbaz atları arasında keçirilən qaçışda Rauf Tahirov “Zilahar” ləqəbli atla birinci yerə layiq görülmüş, Sadiq Azayev “Şans” ləqəbli atla ikinci, Mahmud Ağazadə isə “Sarban” ləqəbli atla üçüncü olmuşdur.

Dörd yaşlı Dilbaz atlarının mübarizəsində Rauf Tahirov “Zəmzəm” ləqəbli atla birinci yeri tutmuş, Sadiq Azayev “Nişan” ləqəbli atla ikinci, Ramal Əliyev isə “Lavin” ləqəbli atla üçüncü olmuşdur.

Beş yaş və yuxarı Qarabağ atlarının yarışında Hilal Nəzərov “Sultan” ləqəbli atla birinciliyi əldə etmiş, Rauf Tahirov “Xatun” ləqəbli atla ikinci, Ramal Əliyev “Nihat” ləqəbli atla üçüncü yerə sahib çıxmışdır.

Beş yaş və yuxarı Dilbaz atlarının yarışında isə Hilal Nəzərov “Bar-Bar” ləqəbli atla birinci, Ramal Əliyev “Senator” ləqəbli atla ikinci, Mahmud Ağazadə isə “Həkəri” ləqəbli atla üçüncü yerə sahib çıxmışdır.

İngilis atlarının yarışında Rauf Tahirov “Calix” ləqəbli atla birinci, Hilal Nəzərov “Bahr” ləqəbli atla ikinci, Sadiq Azayev isə “Nazlıcan” ləqəbli atla üçüncü olmuşdur.

Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışlarının 05 sentyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031