Azərbaycan Respublikası Atçılıq Federsiyası cıdır mövsümünün növbəti yarışlarını keçirmişdir



23 may 2026-cı il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində yerli atçılıq ictimaiyyətinin nümayəndələri və çoxsaylı atsevərlərin iştirakı ilə növbəti cıdır yarışlarını keçirmişdir.
Azturkxeber.az xəbər verir ki, yarışlarda ümumilikdə 21 Qarabağ və Dilbaz atının iştirakı ilə 4 maraqlı qaçış keçirilmiş, iştirakçılar yüksək peşəkarlıq və gərgin mübarizə nümayiş etdirmişlər.
Üç yaşlı Qarabağ atları arasında keçirilən qaçışda Sadiq Azayev “Semum” ləqəbli atla birinci yerə layiq görülmüş, Azər Əliyev “Kalibus” ləqəbli atla ikinci, Hilal Nəzərli isə “Asya” ləqəbli atla üçüncü olmuşdur.
Üç yaşlı Dilbaz atları arasında baş tutan yarışda Hilal Nəzərov “Mərmər 2” ləqəbli atla qalib adını qazanmış, Azər Əliyev “Zilahar” ləqəbli atla ikinci, Mahmud Ağazadə isə “Sarıyer” ləqəbli atla üçüncü pillədə qərarlaşmışdır.
Dörd yaşlı Dilbaz atlarının mübarizəsində Azər Əliyev “Zəmzəm” ləqəbli atla birinci yeri tutmuş, Ramal Əliyev “Lavin” ləqəbli atla ikinci, Sadiq Azayev isə “Savaş” ləqəbli atla üçüncü olmuşdur.
Beş yaş və yuxarı Qarabağ atlarının yarışında isə Rauf Tahirov “Xatun” ləqəbli atla birinciliyi əldə etmiş, Azər Əliyev “Sədərək” ləqəbli atla ikinci, Vüsal Nəzərov “Nihat” ləqəbli atla üçüncü yerə sahib çıxmışdır.
Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışlarının 21 iyun 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: