Ötən gün 57 cinayətin açılması təmin olunub
İyunun 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 178, o cümlədən borclu şəxs qismində axtarışda olan 165 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib, ümumi çəkisi 141,5 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredici xassəyə malik 2004 metadon həbi aşkar olunaraq götürülüb. Eləcə də kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkarlanaraq götürülüb, yabanı halda bitmiş 5,6 ton çəkidə 30 min 403 çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 21 tüfəng və 2 patron darağı aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər də saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: