azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib

01-07-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi və Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi tərəfindən “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib.

Azturkxeber.az-ın məlumatına görə, tədbirdə Regional Mərkəzin rəhbəri Z.İsmayılov “Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə aparılan mütərəqqi islahatlar” mövzusunda çıxış edib.

İştirakçılara korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan normativ-hüquqi aktların müddəaları, müvafiq sahələrdə ölkəmizdə həyata keçirilən islahatlar, habelə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Azərbaycanın Ombudsmanının həyata keçirdiyi fəaliyyəti, Müvəkkilə müraciət üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031