azturkxeber.az
http://azturkxeber.az

Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşir

01-07-2026

Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşir

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/16 final mərhələsinin daha üç qarşılaşması keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, günün ilk oyununda İngiltərə millisi Konqo Demokratik Respublikası yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İyulun 2-nə keçən gecə isə saat 00:00-da Belçika millisi Seneqal seçməsi ilə qarşılaşacaq. Günün son matçında ev sahibi ABŞ yığması Bosniya və Herseqovina millisini sınağa çəkəcək. Qarşılaşma saat 04:00-da start götürəcək.

Bu matçlardan sonra 1/8 finalın daha 3 iştirakçısı məlum olacaq.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa və Meksika yığmaları 1/8 finala vəsiqə qazanıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031