azturkxeber.az
http://azturkxeber.az

DÇ-2026: Fransa millisi inamlı qələbə ilə 1/8 finala vəsiqə qazanıb

01-07-2026

DÇ-2026: Fransa millisi inamlı qələbə ilə 1/8 finala vəsiqə qazanıb

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Azturkxeber.az xəbər verir ki, Fransa millisi İsveç yığması ilə qarşılaşıb. Görüş Avropa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kilian Mbappe (2) və Bredli Barkolya vurublar.

Fransa millisi 1/8 finalda Paraqvayla üz-üzə gələcək.

DÇ-2026-da 1/16 finalın digər oyunu Bakı vaxtı ilə saat 05:00-da Meksika və Ekvador arasında keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş və Norveç yığmaları 1/8 finala vəsiqə qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031