azturkxeber.az
http://azturkxeber.az

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi bayram günlərində necə çalışacaq?!

26-05-2026

"Azəriqaz" İB Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Azturkxeber.az xəbər verir ki, Birliyin Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 27.05.2026 - 31.05.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər.

Həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

30.05.2026-cı il tarixində "ASAN Kommunal", 30-31.05.2026-cı il tarixlərində "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmət göstərəcək.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031