azturkxeber.az
http://azturkxeber.az

"Azəriqaz” bayram günlərində xidmətini davam etdirəcək

19-03-2026

"Azəriqaz" İB-nin Müştəri xidmətləri şöbəsinin əməkdaşları 20.03.2026 - 29.03.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Qurumun Mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Eləcə də Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

20.03.2026 - 29.03.2026-cı il tarixlərində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür. 30.03.2026-cı il tarixindən isə mərkəzlərdə vətəndaşlara xidmət göstəriləcək.

Abonentlərin nəzərinə çatdırılıb ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat versinlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031