Sərnişin tələbatını qarşılamaq məqsədilə Azərbaycan Dəmir Yolları 16 və 17 may tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Bu barədə Azturkxeber.az-а ADY mətbuat xidmətindən verilən məlumata görə, sözügedən reyslər üçün biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ADY Mobile tətbiqindən əldə etmək mümkündür.
ADY-dən bildirilib ki, Bakı–Qazax–Bakı marşrutu üzrə də gündəlik səfərlər təşkil olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.