azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan idmanında sosial məsuliyyət istiqamətində önəmli addım

16-10-2025

Qırmızı Ürəklər Fondu, Azərbaycan Cüdo Federasiyası və "Judo SC" MMC arasında “DOJO AZƏRBAYCAN – Regionlarda Cüdonun İnkişafı Proqramı” çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu proqram ölkənin müxtəlif bölgələrində cüdo idmanını inkişaf etdirmək, gənclərin idmana çıxış imkanlarını artırmaq və sağlam həyat tərzinə təşviq etmək məqsədi daşıyır. Layihə çərçivəsində regionlarda müasir tələblərə cavab verən cüdo zalları (dojo) yaradılaraq idman infrastrukturu gücləndiriləcək.

Bu əməkdaşlıq həm də gənclərin fiziki və mənəvi inkişafına dəstək olmaq, sağlam idman mühitinin formalaşdırılması və sosial məsuliyyət dəyərlərinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031