Ombudsman İnstitutlarının Avropa Şəbəkəsinin rəhbəri Xanım Luiz Holk
Hörmətli həmkarlar mən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya səmimi dəvətə görə və bu tədbiri təşkil etdiklərinə görə təşəkkür etmək istərdim. Mən Avropanın hər tərəfindən 50 milli insan hüquqları institutlarını özündə birləşdirən Avropa Şəbəkəsinin rəhbəri olaraq Ombudsman İnstitutlarının Avropa Şəbəkəsinin rəhbəri olaraq çıxış edirəm.
Milli insan hüquqları institutları adətən vətəndaş cəmiyyəti, dövlət və xarici təşkilatlar arasında körpü rolunu oynayaraq insan hüquqlarının effektiv implementasiyasında, hərkəsin səsinin eşidilməsində, habelə siyasətlərin beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunluğunun təmin edilməsində vacib rol oynayır. Bu simposiumun adı bilavasitə olduqca vaxtlı və aktual mövzuya həsr edilmişdir.
Biz hazırda hamımız insan hüquqlarının və qanunun aliliyinə qarşı təzyiqlərin artdığı bir vaxtda fəaliyyət göstəririk. Qarşıdan gələn illər daha da çətin olacağı görünür və Milli insan hüquqları institutları bu gün olduqca mühüm bir məknda toplaşmışlar.
Milli insan hüquqalrı institutları əsas insan hüquqları problemləroini müəyyən edir və onlara qarşı vaxtında effektiv cavab tədbirlərinin görülməsini, habelə uzun müddətli dayanıqlı insan hüquqlarına əsaslanan həlli yollarının tapəllmasını təmin və təşviq edir.
Avropa Şurası Milli insan hüquqlrı istitutlarını insan hüquqları, demokratiya, qanunun aliliyinin təminində əsas rıçaq (sütun) olaraq tanıyır. Ombudsman İnstitutlarının Avropa Şəbəkəsi olaraq qanunun aliliyinin getdikdə azaldıığını görürük. 2020-ci ildən bizim institutumuz qanunun aliliyi sahəsində hesabatlılığı təmin edir. Bizim üzv ölkələr öz ölkələrində qanunun aliliyinə dair vəiyyəti monitorinq edərək bu haqda hesabatlarını bizə təqdim edirlər. Bu hesabatlar çox mühüm mövzuları məhəkəmə hakimiyyətinin müstəqilliyi, medianın müstəqilliyi, məhkəmə qərarlarının implementasiyası kimi mövzuları əhatə edir. Bu hesabatlar vasitəsilə Ombudsman İnstitutlarının Avropa Şəbəkəsi regional və trendləri və hesabatları müəyyən edir və Avropa səviyyəsində konkret tövsiyələrini irəli sürür. Bundan başqa hər milli insan hüquqları institutu öz hesabatında olan məsələləri həm yerli həm də beynəlxalq səviyyələrdə izləyir. Milli insan hüquqları institutları insan hüquqları, demokratiya və qanunun aliliyinin daha effektiv təmini məqsədilə dövlət qurumlarına, bir araya gələrək problemlərə həll yolu tapmağı və ictimaiyyət arasında maarifləndirmə tədbirlərini keçirməyi tövsiyə edir. Avropa Komissiyasının ölkə spesifik tövsiyələrində öz əksini tapmış tövsiyələrə ölkələrə töhfə verir. Bu tövsiyələrin icrasına həmçinin hər ölkənin öz milli insan hüquqları institutları nəzarət edir. Milli insan hüquqları institutlarının mandatı hüquq və azadlıqların, eyni zamanda hüquq mədəniyyətinin yaradılması, demokratik dəyərlərin və inklüzivliyin qorunması, qanunun aliliyi prinsipinə hörməti təmin etmək üçün dəyişkən ola bilər.
Mən bir daha Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) təşəkkür edir və sizə məhsuldar dialoqlar arzu edirəm.