Qazaxıstan Prezidenti: Astana Azərbaycan ilə Ermənistan arasında Vaşinqton Bəyannaməsinin imzalanmasını alqışlayıb
Möhkəm sülh və ümumbəşəri tərəqqi naminə kompromislər axtarmaq lazımdır, “pis sülh yaxşı mübahisədən yaxşıdır”.
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində deyib.
Qazaxıstan dövlətinin başçısı vurğulayıb: “Buna görə də Qazaxıstan Alyaskada keçirilən Rusiya-Amerika sammitinin nəticələrini, həmçinin Prezident Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh Bəyannaməsinin imzalanmasını alqışlayıb”.