Milli Məclisin deputatı Vüqar İskəndərov növbəti vətəndaş qəbulu keçirib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutan görüşdə deputat seçicilərin müraciətlərini dinləyib. Müraciətlər əsasən məşğulluq, səhiyyə, sosial, torpaq məsələləri və s. sahələri əhatə edib. Vətəndaşların müraciətləri qeydə alınıb, həlli istiqamətində addımlar atılıb. Bəzi müraciətlər yerindəcə həllini tapıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.