azturkxeber.az
http://azturkxeber.az

Mahir Emreli: İslandiya ilə oyundakı məğlubiyyəti unutdurmaq istəyirik

08-09-2025

Mahir Emreli: İslandiya ilə oyundakı məğlubiyyəti unutdurmaq istəyirik

Sabah bizi ağır oyun gözləyir. Rəqib haqqında danışmağa ehtiyac yoxdur. Usta futbolçulardan ibarət heyəti var. Onlar da buraya motivasiyalı gəliblər. İslandiyaya məğlubiyyəti unutdurmaq üçün əlimizdən gələni edəcəyik.

Bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsində Bakıda Ukrayna yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Hücumçu ilk matçdakı məğlubiyyətin komandaya mənfi təsir etdiyini bildirib: “Belə oyunlardan sonra qarşıdakı matçlara köklənmək çətin olur. Futbolda bu cür hallar olur. Ardıcıl qələbə qazanmamaq üzərimizdə təzyiq yaradır. Hamımız məsuliyyəti dərk edirik. Yaxşı nəticə qazana bilsək, bu, təzyiqi azalda bilər. Sabah yaxşı nəticə qazanmaq istəyirik”.

Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Ukrayna oyunu saat 20:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930