azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Finlandiya alimləri birgə elmi fəaliyyətlə bağlı razılığa gəliblər

08-09-2025

Azərbaycan və Finlandiya alimləri birgə elmi fəaliyyətlə bağlı razılığa gəliblər

Finlandiyanın Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku Kanqaspuro və institutun professoru, tarix elmləri doktoru Dmitri Frolov AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda olublar.

Bu barədə Fəlsəfə və Sosiologiya İnstitutundan bildirilib. Qeyd olunub ki, müəssisənin direktoru professor İlham Məmmədzadə qonaqlara institutun elmi fəaliyyəti və aparılan elmi-tədqiqat işləri ilə bağlı ətraflı məlumat verib.

Qonaqlar isə Azərbaycanda aparılan tədqiqatlardan və Aleksanteri İnstitutunun Rusiya, Şərqi Avropa və Avrasiya üzrə həyata keçirdiyi milli və beynəlxalq layihələrdən danışıblar. İnstitutun sosial və humanitar elmlər sahəsində tədqiqatlar apardığını, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq etdiyini diqqətə şatdırıblar.

Görüşün sonunda Fəlsəfə və Sosiologiya İnstitutu ilə Aleksanteri İnstitutunun arasında elmi fəaliyyətin qurulması istiqamətində razılığa gəlindiyi və gələcəkdə bu istiqamətdə memorandum imzalanması planlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930