azturkxeber.az
http://azturkxeber.az

İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

08-09-2025

İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 4 ədəd xurmanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 0,730 qram qurudulmuş marixuana və 1,112 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930